Dünya üzrə bugünədək istifadə edilmiş COVID vaksinlərin miqdarı açıqlandı

03:20 09-09-2021 453

İndiyədək dünya üzrə təqribən 5.5 milyon doza koronavirusa qarşı peyvənd vurulub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus bugünki brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, ÜST-ün hədəfi sentyabrın sonunadək hər ölkədə əhalinin 10%-nin, ilin sonunadək isə 40%-nin vaksinasiyasıdır.

Təşkilat rəhbəri bildirib ki, yüksək gəlirli ölkələrin əksəri artıq 40% həddini keçib. Əksinə, aşağı gəlirli ölkələrdən isə heç biri 10% səviyyəsinə belə çatmayıb.

Mənbə: TASS