11 sentyabr terrorundan 20 il sonra daha iki qurban tanınıb - FOTO

04:20 09-09-2021 33

Nyu-York Şəhər Baş Tibbi Ekspertizası Ofisi 11 Sentyabr terrorundan 20 il sonra iki qurbanı təsbit edib.

Məlumata görə, Hempsteddən (Nyu-York ştatı) olan Doroti Morqan 1646 -cı qurban, ailəsinin istəyi ilə adı açıqlanmayan başqa bir şəxs isə 1647-ci qurbandır.

Bu eyniləşdirmələr 2019 -cu ilin oktyabr ayından bəri ilk oldu.

Qeyd edək ki, 2001-ci ilin 11 sentyabr terrorunun 2753 qurbanından bu günə qədər 1106-nın (40 faiz) şəxsiyyəti müəyyən edilməyib.

Mənbə: TASS