İki piyadanın arasından keçib dirəyə çırpıldı – ANBAAN VİDEO

08:40 09-09-2021 770

İstanbulun Umraniyyə rayonunda idarəetməni itirən minik avtomobilinin sürücüsü yol kənarında olan dirəyə ardınca isə yük maşınının təkərinə çırpılıb.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Videoda hərəkətdə olan avtomobilin yoldan çıxaraq sürətlə iki piyadanın arasından keçməsi və onlara heç bir xətər yetirməməsi xüsusi diqqət çəkib.

Qəza nəticəsində avtomobilin sürücüsü yüngül yaralanıb.