Koronavirusdan ölən sabiq başçı ilə təmasda olan hər kəs karantinə alındı

16:40 09-09-2021 29

Koronavirusdan vəfat edən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevlə Gəncə İstintaq Təcridxanada kontaktda olan bütün şəxslər karantinə götürülüb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, Nazirliyin Tibb Baş İdarəsi hazırda onların səhhətinə xüsusi nəzarət edir.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub.

Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.

Mənbə: Trend