Yaqub Zurufçunun səhhəti necədir? - YENİLƏNİB + AÇIQLAMA

13:40 10-09-2021 36

Əməkdar artist Yaqub Zurufçunun son vəziyyəti açıqlanıb.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir. 

“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, - deyə həkim bildirib.

10:24

“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhətində heç bir irəliləyiş yoxdur”.

Bunu HerGun.Az-a açıqlamasında Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O qeyd edib ki, Yaqub Zurufçu ötən gün süni tənəffüs aparatına qoşulub, vəziyyətində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, 65 yaşlı Y. Zurufçu bir həftə əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”ya yerləşdirilib.

İlhamə Əbülfət