Dünya üzrə koronavirusa yeni yoluxanların sayı azalır

21:00 12-09-2021 24

Son yeddi gün ərzində dünya üzrə təxminən 4 milyon nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Bunun ötən həftə ilə müqayisədə, demək olar ki, yarım milyon nəfər az olduğu bildirilib.

Həmçinin, qeyd olunub ki, bu həftənin göstəricisi iyulun ortalarından bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı son zamanlar qlobal miqyasda COVID-ə yoluxmanın sabitləşdiyini, lakin sabitləşmənin yuxarı həddə baş verdiyini bəyan edib.

Mənbə: TASS