Goranboyda yol-nəqliyyat hadisəsi olub

02:40 15-09-2021 32

Goranboy rayonunda avtomobil qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Nadirkənd ərazisində qeydə alınıb.

Qəza yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.