Yük maşınının kuzası körpüyə çırpıldı - FOTO

07:40 07-10-2021 24

İstanbul şəhərinin Ümraniye rayonunda yük maşınının kuzası açılaraq körpüyə çırpılıb.

Zərbə nəticəsində maşının kuzası magistral yolun hərəkət istiqamətinə düşüb.

Nəhəng kuzanı yoldan yalnız qaldırıcı kran vasitəsi ilə kənarlaşdırmaq mümkün olub.

Bütün bu zaman kəsiyində yol bağlanıb, nəqliyyat vasitələrinin uzun tıxacı yaranıb.

Hadisə nəticəsində yük maşının sürücüsü xəsarət almayıb.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)