Qarabağda tikiliyə “Maştağa 1 N-li internat” yazan Elçin Əhmədov tələbə adını qazandı

11:20 07-10-2021 24

Vətən müharibəsi iştirakçısı olan Elçin Əhmədov tələbə adını qazanıb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, o, Türkiyədə Atatürk Universitetinə qəbul olub.

E.Əhmədov “İşlətmə - biznes” ixtisası üzrə qiyabi təhsil alacaq.

Qeyd edək ki, Elçin Əhmədov hər iki valideynini itirdikdən sonra dövlət himayəsində böyüyüb.

O, Vətən müharibəsində Qarabağdakı tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşmışdı.