Zaqatalada iki nəfəri bıçaqlayan şəxs tutuldu

12:20 07-10-2021 28

Zaqatala rayon sakinləri olan iki nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlərin Aşağı Tala kənd sakinləri - Səfər Zeynalov və Elçin Qaziyev olmaları, münaqişə zəminində həmkəndliləri İslam Ömərov tərəfindən bıçaqlanmaları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə İ.Ömərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.