ABŞ-ın atom sualtı qayığının naməlum obyektlə toqquşduğu bildirilir

00:40 08-10-2021 22

ABŞ-ın hücum təyinatlı “USS Connecticut” atom sualtı qayığı Hind-Sakit okean bölgəsində naməlum obyektlə toqquşub.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, hadisə oktyabrın 2-də baş verib.

Rəsmi mənbələr insident nəticəsində ekipaj üzvlərindən heç kimin xəsarət almadığı bildirir.

“USNI News” nəşri toqquşma nəticəsində azı 11 nəfərin yüngül və orta dərəcəli xəsarət aldığını yazıb.

Mənbə: “RİA Novosti”