Azərbaycanda iş otağında qətlə yetirilən yüksək vəzifəli şəxs müharibə veteranı imiş

11:20 09-10-2021 34

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsinin qətlə yetirilən direktoru Ziyad Əhmədov Ələs oğlu müharibəsi veteranı imiş.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxsin rəsmi olaraq 90-cı illərin Qarabağ müharibəsi veteranları siyahısında adı mövcuddur.

O, 2007-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində fəaliyyət göstərib və 2016-cı ildən Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində direktor vəzifəsinə təyin edilib.

1964-cü il təvəllüdlü Ziyad Əhmədov Mərkəzin Goranboy rayon şöbəsində mühasib kimi fəaliyyət göstərən 28 yaşlı Goranboy sakini Mirhadı Bağırov tərəfindən saat 13:00 radələrində boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Azər Məmmədov