Vətən müharibəsindən sağ qayıtdı, xərçəngə yoluxduğu aşkarlandı: Qazimizin köməyə ehtiyacı var - VİDEO

21:40 09-10-2021 19

44 günlük Vətən müharibəsinə könüllü olaraq yollanan İlqar Məmişov Xocavənd uğrunda gedən döyüşlərdə ciddi xəsarət alıb.

Baku TV-yə açıqlama verən qazi şiddətli döyüşlərdən və döyüş yoldaşlarından danışsa da, yaralanmağından danışmaq istəməyib.

Dəhşətli partlayışdan sağ çıxan qazi hazırda xərçəngdən əziyyət çəkir və xəstəliyinin fəsadlarının gün keçdikcə artdığını deyir.

İlqar Məmişov qeyd edib ki, oktyabrın 14-də müayinə üçün Türkiyənin paytaxtı Ankaraya getməlidir.

Sosial durumu qənaətbəxş olmayan Vətən müharibəsi qazisinin müalicə üçün maddi dəstəyə ehtiyacı var.

Türkiyədə yoxlanışdan sonra həkimlər ikinci qrup əlil olan qazimizin müalicəsi üçün tələb olunan vəsaitin qədərini açıqlayacaq.