İsveç Kosovaya qalib gəldi, Ukrayna Finlandiyadan üstün oldu - VİDEO
DÇ-2022-nin seçmə mərhələsində VII turun oyunları davam edir.
İkinci oyun günündə ilk olaraq yeddi qarşılaşma gerçəkləşib.
Azərbaycan millisi Bakıda İrlandiya yığmasına 0:3 hesabı ilə uduzub.
B qrupunda İsveç Kosovonu üç, Yunanıstan isə Gürcüstanı iki cavabsız qolla üstələyib.
Litva Bolqarıstanı 3:1 hesabı ilə məğlub edərək C qrupunda ilk qələbəsini qazanıb.
D qrupunda Bosniya və Herseqovina səfərdə Qazaxıstana 2:0, Ukrayna isə Finlandiyaya 2:1 hesabı ilə qalib gəlib.
Şotlandiya F qrupunda İsraildən güclü olub - 3:2.
DÇ-2022, seçmə mərhələ
VII tur
9 oktyabr
A qrupu
Azərbaycan - İrlandiya - 0:3
Qollar: Kallum Robinson, 7. 39. Çidozi Oqbene, 90
22:45. Lüksemburq - Serbiya
B qrupu
İsveç - Kosovo - 3:0
Qollar: Emil Forsberq, 29 (p). Aleksander İsak, 62. Robin Quaison, 79
Gürcüstan - Yunanıstan - 0:2
Qollar: Tasos Bakasetas, 90. Dmitris Pelkas, 90+5.
C qrupu
Litva - Bolqarıstan - 3:1
Qollar: Yustas Lasitskas, 18. Fedor Tsernıx, 82.84 - Kiril Despodov, 64
22:45. İsveçrə - Şimali İrlandiya
D qrupu
Qazaxıstan - Bosniya və Herseqovina - 0:2
Qollar: Smail Prevlyak, 25; 66
Finlandiya - Ukrayna - 1:2
Qollar: Teemu Pukki, 29 - Andrey Yarmelonko, 4. Roman Yaremçuk, 34
F qrupu
Şotlandiya - İsrail - 3:2
Qollar: Con Makqinn, 30. Lyndon Dykes, 57 - Eren Zahavi, 5. Manus Dabbur, 32
22:45. Farer adaları - Avstriya
22:45. Moldova - Danimarka
I qrupu
22:45. Macarıstan - Albaniya
22:45. Polşa - San Marino
22:45. Andorra - İngiltərə