Sabah Tatarıstanda matəm günüdür

15:20 10-10-2021 21

Tatarıstanda təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfərin həyatını itirməsi ilə əlaqədar sabah respublika ərazisində matəm günü olacaq.

Bu barədə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov göstəriş verib.

Xatırladaq ki, oktyabrın 10-da Rusiyanın Tatarıstan Respublikasında yüngül motorlu “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub, 6 nəfər xəstəxanaya yerləşdirilib.

Mənbə: TASS