Ronaldu yeni rekordu barəsində: “Bunu ağlıma belə gətirməzdim”

04:00 11-10-2021 28

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu milli komandanın heyətində Qətərə qarşı keçirdiyi oyundan sonra öz təəssüratlarını bölüşüb.

Xatırladaq ki, dünən ulduz futbolçu Qətərlə yoldaşlıq oyununda qol vuraraq yeni rekorda imza atıb. Belə ki, K.Ronaldu 46 müxtəlif ölkənin milli futbol komandasının qapısına yol tapmağı bacarmış yeganə futbolçudur.

“Rekordlar hər zaman üstün bir şeydir, ancaq milli komandaya aid olanların xüsusi bir yeri var. 181 oyun - qürur duymaq üçün 181 səbəbdir! 46 ölkəyə qol vura biləcəyimi isə heç ağlıma belə gətirməzdim”, - deyə K.Ronaldu öz “Twitter” hesabında yazıb.

Xatırladaq ki, Portuqaliya - Qətər yoldaşlıq oyunu portuqaliyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.