Milli Məclisin deputatından oğurluq olub - EKSKLÜZİV + FOTO
11:00 11-10-2021 379
Milli Məclisin deputatından oğurluq olub.
HerGun.Az-ın əldə etdiyi məlumata görə, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.
Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.
E.Mirbəşiroğlu HerGun.Az-a açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:
“Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.
Qeyd edək ki, hazırda faktla bağlı araşdrıma aparılır.