Türk lirəsi rekord səviyyədə ucuzlaşıb - FOTO

21:40 11-10-2021 26

Türk lirəsinin məzənnəsi tarixi ərzində ən aşağı səviyyəyə düşüb.

Bakı vaxtı ilə saat 21:00 radələrində valyutanın ABŞ dollarına nisbətən dəyəri 9 lirəni keçib.

Qeyd edək ki, yerli valyutanın ucuzlaşması Türkiyə ixracatına əlavə üstünlükülər qazandırır.

Belə ki, lirənin dəyərdən düşməsi qlobal bazarlarda Türkiyə məhsullarının qiymətlərini daha rəqabətqabiliyyətli edir.

Mənbə: Investing.com