Ağacların dibi betonlandı: Yaşıllaşdırma Təsərrüfatı Birliyi hərəkətə keçdi - FOTO

19:40 12-11-2021 605

Azadlıq prespekti yaxınlığında ağacların dibi betonlanıb. 

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, vətəndaşlar betonlanmış ağac diblərinə məişət tullantıları yığırlar. Ərazidə yaşayanlar ağacların inkişafı dayanmamış bu barədə ciddi tədbir görülməsi üçün aidiyyəti qurumlara səsləniblər. 

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Qurumdan HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb:

“Ağacların dibi betondan təmizlənib. Onlara aqrotexniki qaydada qulluq göstərilib”.

Könül Cəfərli