Keçmiş SSRİ-nin səhiyyə naziri vəfat edib

01:40 13-11-2021 30

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin fəxri direktoru Yevgeni Çazov 92 yaşında vəfat edib.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirlik Çazovu nüfuzlu kardioloq və alim adlandırıb, onun milyonlarla insanın həyatını xilas etdiyini qeyd edib.

O, 1987-1990-cı illərdə keşmiş SSRİ-nin səhiyyə naziri vəzifəsində işləyib.

Mənbə: RİA Novosti