Sergey Markov: “Şuşa Azərbaycanın turizm incilərindən birinə çevriləcək”

18:00 13-11-2021 41

“Şuşa şəhərinin doğma Azərbaycana qovuşması sevindiricidir”.

“Report” xəbər verir ki, bunu Şuşada keçirilən mətbuat konfransında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

“Şuşa Azərbaycanın turizm incilərindən birinə çevriləcək. Belə ki, azad edilən ərazilərinin bərpası ilə bağlı Prezident İlham Əliyevin planlarının həyata keçiriləcəyinə hər hansı şübhə yoxdur”, - politoloq deyib.