Bolqarıstanda xəstəxanada yanğın: Azı üç COVID xəstəsi ölüb

07:00 15-11-2021 29

Bolqarıstanda xəstəxanada yanğın olub.

Hadisə ölkənin cənub-şərqindəki Sliven şəhərində baş verib.

Yanğın nəticəsində azı üç nəfərin həlak olduğu bildirilib. Onların koronavirus şöbəsində müalicə aldıqları və 60 yaşdan yuxarı olduqları qeyd edilib.

İlkin ehtimallara görə, yanğına pasiyentlərdən birinin siqaret çəkməsi səbəb olub.

Mənbə: “RİA Novosti”