Çexiya prezidentinin səhhəti xeyli yaxşılaşıb

05:00 16-11-2021 35

Bir aydan çoxdur xəstəxanada müalicə alan Çexiya prezidenti Miloş Zemanın səhhəti xeyli yaxşılaşıb.

Bu barədə ölkənin baş naziri Andrey Babiş jurnalistlərə məlumat verib.

Belə ki, noyabrın 15-də dövlət başçısı adi palataya köçürülüb və onu ilk ziyarət edən məhz Babiş olub.

Qeyd edək ki, Zeman oktyabrın 10-da xəstəxanaya yerləşdirilib. Prezidentə qaraciyər serrozu diaqnozu qoyulub.

Mənbə: TASS