Şəkidə VAZ “Land Cruiser”ə çırpıldı: Xəsarət alanlar var

10:00 18-11-2021 28

Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə şəhərin B.Vahabzadə küçəsində qeydə alınıb.

Şəki şəhər sakini Məmmədli Sərxan idarə etdiyi VAZ-2107 markalı avtomobillə Hüseyn Hüseyovun idarə etdiyi “Land Cruiser” markalı avtomobili arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törədib. 

Nəticədə VAZ-2107-nin sürücüsü S.Məmmədli və nəqliyyat vasitəsində olan iki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.