Bredli Kuper “xəyanətindən” danışdı: “Ledi Qaqa ilə ehtiras aktyorluqdan başqa bir şey deyildi” - FOTO

05:00 19-11-2021 33

Amerikalı aktyor Bredli Kuper ilk dəfə olaraq keçmiş sevgilisi İrina Şeyki müğənni Ledi Qaqa ilə aldatdığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aktyorun xəyanət etməsi ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb Ledi Qaqa ilə 2018-ci ildə “Ulduz doğulur” filmində çəkilməsi, eləcə də “Oskar”da birgə iştirakları olub. Kuperin sözlərinə görə, onların səhnədə nümayiş etdirdikləri ehtiras aktyorluqdan başqa bir şey olmayıb. Ssenariyə uyğun olaraq tamaşaçılar qarşısında romantik münasibət qurublar, çünki Kuper milyonlarla tamaşaçı qarşısında canlı oxumaqdan çox qorxub. Mahnını səhnə yoldaşına aşiq kimi ifa edən aktyor tamaşaçı qorxusunu cilovlamağa çalışıb.

Xatırladaq ki, 2019-cu ilin iyun ayında İrina Şeyk və Bredli Kuper dörd illik münasibətlərdən sonra ayrıldıqlarını elan ediblər. Boşanmalara baxmayaraq, cütlük qızları Leyanın böyüməsində bərabər rol oynayacaqları barədə razılığa gəliblər.

Mənbə: The Hollywood Reporter