İlin sonuncu Ay tutulması başa çatıb - YENİLƏNİB

15:00 19-11-2021 33

İlin sonuncu Ay tutulması başa çatıb.

HerGun.Az xəbər verir ki, təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçib.

Tutulma hadisəsi ümumlikdə 2 saat 28 dəqiqə davam edib.

11:56

Bu gün ilin sonuncu Ay tutulması başlayıb.

Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi zamanı ayın bir hissəsi yerin kölgə konusundan (Umbra)  keçəcək ki, bu cür tutulmaya qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa  çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də  olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.