Ağdam sakini bıçaqlanıb

19:00 21-11-2021 27

Ağdamda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Ağdam rayon Seyidli kənd sakini Mustafayev Elvin Rizvan oğlu bıçaq xəsarəti ilə Ağdam rayon Xəstəxanasına çatdırılıb.

Zərərçəkən ailəsinin istəyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Araşdırma aparılır.