Putin revaksinasiya olundu və könüllü kimi burun peyvəndi üzrə sınaqlara qatıldı – VİDEO

22:00 21-11-2021 29

Rusiya Prezidenti Vladimir Putin “Sputnik layt” vaksini ilə koronavirusa qarşı təkrar peyvənd olunduğunu bildirib.

Bu barədə dövlət başçısı Qamaleya adına Epidemioogiya və Mikrobiologiya Mərkəzinin direktor müavini Denis Loqunovla görüşü zamanı məlumat verib.

“Bu gün sizin, həmkarlarınızın tövsiyəsi ilə mən “Sputnik layt”la daha bir dəfə peyvənd edildim. Artıq bu, revaksinasiya adlanır”, - deyə Putin bəyan edib.

O, həmçinin koronavirusa qarşı burun peyvəndinin istifadəsi üzrə eksperimentdə iştirak etmək üçün könüllü olub.