Avropa çempionatı: Qadın millimiz bürünc medal qazandı, kişilər beşinci oldu - YENİLƏNİB

00:00 22-11-2021 26

Sloveniyada kçirilən şahmat üzrə Avropa çempinonatına yekun vurulub.

HerGun.Az xəbər verir ki, kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün IX tur çərçivəsində uyğun olaraq Fransa və Niderlandla qarşılaşıblar.  

Kişilərdən ibarət yığma Fransaya məğlub olub – 1.5:2.5.

Millimizin heyətində Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya uduzub.

Bu nəticədən sonra Azərbaycan yığması ilk 3-lükdən kənarda qalaraq, Avropa çempionatını 12 xalla 5-ci yerdə bitirib. Ukrayna 14 xalla qızıl, eyni xala malik Fransa gümüş, 13 xalı olan Polşa bürünc medal qazanıb. İspaniya da 13 xal toplasa da, 4-cü yerlə kifayətlənib.

Qadınlardan ibarət kollektiv isə Niderland üzərində qələbə qazanıb – 2.5:1.5. Heyət üzvlərindən Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə ilə kifayətlənib. Yalnız Gülnar Məmmədova məğlubiyyətlə üzləşib.

Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb.

Avropa çempionatı, IX tur
21 noyabr

Kişilər
Fransa - Azərbaycan - 2,5:1,5

Alireza Firuzca - Şəhriyar Məmmədyarov - 1:0

Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov - 0,5:0,5

Maksim Laqarde - Rauf Məmmədov - 0,5:0,5

Jil Mussar - Nicat Abbasov - 0,5:0,5

Qadınlar
Azərbaycan – Niderland – 2.5:1.5

Günay Məmmədzadə - Jaogin Penq – 1:0

Gülnar Məmmədova - Elin Roebers – 0:1

Ülviyyə Fətəliyeva - Maçteld Van Forest – 1:0

Gövhər Beydullayeva - Tea Lançava – 0.5:0.5

11:33

Bu gün – noyabrın 21-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında son turun qarşılaşmaları oynanılacaq.

Doqquzuncu turda kişilərdən ibarət komandamız Fransa yığması ilə qarşılaşacaq. Qadın şahmatçılarımız isə Niderland təmsilçiləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, kişilərdən ibarət komandamız 12 xalla liderlər qrupunda mübarizə aparır. Qadın yığmamız isə 10 xalla 4-9-cu yerləri bölüşür.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.