Keniya parlamentində dava düşdü - VİDEO

09:00 31-12-2021 165

Keniyada iqtidar və müxalifət partiyalarından olan deputatlar parlamentdə toqquşub. Yumruqların havada uçduğu anlar kameralara əks olunub.

Dava “Siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı baş verib.

Deputat Con Mbadi həmkarı Benard Korosu yumruqlayıb.

Aldığı zərbə nəticəsində Korosun üzündən qan açılıb.

Dava zamanı sessiya dayandırılıb.

Mənbə: “Haber Global”

Xəbər lenti