Ukraynalı futbolçu Mahir Emrelinin döyülməsindən danışdı

15:00 31-12-2021 160

“Avtobusa girən ilk şəxs qışqırmağa başladı. Dərhal onunla birgə maskalı şəxslər də içəri daxil oldular”.

HerGun.Az xəbər verir ki, bunu Polşanın “Leqiya” klubunun ukraynalı futbolçusu İqor Xaratin deyib.

Xaratin dekabrın 12-də Plotskda “Visla”ya 0:1 hesabı ilə uduzduqları görüşdən qayıdarkən Varşavadakı təlim-məşq bazası önündə 20-30 fanatın avtobusu saxlatdıqlarını xatırlayıb:

“Bilirdik ki, vəziyyət ağır olacaq. Amma bunu heç kim gözləmirdi. Onlar yavaş-yavaş hərəkət edərək, bağırmağa başladılar. Hansısa anda hamı dayandı. Düşündüm ki, indi xoşagəlməz hadisə olacaq. Nəticədə iki komanda yoldaşımız xəsarət aldı”.

Qeyd edək ki, azarkeşlərin hücumundan zərər çəkən futbolçulardan biri Azərbaycan millisinin hücumçusu Mahir Emreli, digəri isə braziliyalı forvard Lukinyas olub.

Xəbər lenti