Yunan alim: “Omikron” COVID-19-un son mutasiyasıdır”

08:00 02-01-2022 390

“Omikron”un yayılma sürəti fevralın 20-dək azalacaq, bu, böyük ehtimalla COVID-19-un son mutasiyasıdır.

Bu açıqlama ilə Yunanıstanın Saloniki şəhərində yerləşən Aristotel Universitetinin professoru Demosfen Sariyannis çıxış edib.

Tanınmış yunan alim pandemiyanın inkişaf mərhələsini riyazi modelə əsasən tədqiq edib.

D. Sariyannisin sözlərinə görə, virusa yoluxmanın artım tendensiyası yanvarın 20-22-dək davam edəcək.

“Praktikada bu, gündə 80 min, hətta 100 min koronavirusa yoluxmanın ola biləcəyini ifadə edir. Fevralın 20-də, “Omikron” dalğasının pik nöqtəsindən bir ay sonra, onun azalma prosesi başlayacaq. Bu zaman yoluxmanın həftəlik sayı 3 500 - 4 000 nəfər təşkil edəcək. Artıq onda “Omikron”un sonu olacaq və cəmiyyətimizin böyük hissəsi virusa qarşı immunitet qazanacaq”, deyə D. Sariyannis vurğulayıb.