Bəzi yollarda məhdudiyyət olacaq

13:00 02-01-2022 112

Bu gün 12:00-dan axşam saatlarına qədər paytaxtın əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, Ziya Bünyadov prospektinin “Koroğlu” qovşağından “20 Yanvar” dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tunelə giriş bağlanacaq. 

Səbəb olaraq ərazidə aparılan işıqlandırma sistemlərinin təmiri göstərilir.

“Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə qurum qeyd edib.