KTMT Qazaxıstana sülhməramlılar göndərir

02:00 06-01-2022 59

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana ordu göndərir.

Bu barədə hazırda təşkilata sədrlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

O bildirlib ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jormat Tokayevin müraciəti ilə əlaqədar, eləcə də Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektivi Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib.

Mənbə: TASS