Avropa ölkəsində koronavirusa yoluxma rekord həddə çatdı
02:00 07-01-2022 564

İtaliyada koronavirusa yoluxma rekord həddə çatıb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində aparılan 1 138 310 test nəticəsində 219 441 nəfərdə COVID-19 aşkarlanıb.
Bu, pandemiyanın başlanmasından bəri ən yüksək günlük göstəricidir.
Hazırda İtailyada aktiv xəstələrin sayı 1 593 579-a, reanimasiyada olanların sayı isə 1467-yə yüksəlib.
Həmçinin, son 24 saatda virusdan ölənlərin sayı 198 nəfər artaraq 138 474 nəfərə çatıb.
Mənbə: TRT