Rusiyada qar uçqunu turistin həyatına son qoydu, itkin düşənlər var

06:00 07-01-2022 434

Rusiya Federasiyasının Buryatiya Muxtar Respublikasında bir qrup turist qar uçqunu altında qalıblar.

Respublikanın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, insident nəticəsində bir nəfər qar uçqunu altında qalaraq həyatını itirib, iki nəfər itkin düşüb.

Qeyd olunur ki, hadisə dağlıq ərazidə, dəniz səviyyəsindən 2 100 metr hündürlükdə baş verib.

Hazırda itkin düşən turistlərin axtarışı davam etdirilir.

Mənbə: “RİA Novosti”