Biləsuvarda narkotacirlər saxlanıldı - FOTO/VİDEO

16:00 08-01-2022 161

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Zaur Həsənov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı Z.Həsənova məxsus idman çantasından ayrı-ayrı plastik qablarda 2 kiloqrama yaxın heroin, 4 kiloqram 465 qram metamfetamin, 75 qram qurudulmuş marixuana və 75 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə Ağcabədi rayon sakinləri Ramal Əliyev və Rəşad Hüseynov saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 320 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti