Reşford Avropa çempionatının final oyunundan sondan bir neçə gün yataqdan qalxmayıb

07:00 13-01-2022 32

“Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Markus Reşford 2020-ci ilin Avropa Çempionatının finalında İtaliyaya məğlub olduqdan sonra ciddi psixoloji sarsıntı keçirib.

Mənbənin sözlərinə görə, 24 yaşlı ingilis Avro-2020 finalından sonra bir neçə gün yataqdan qalxmayıb, daha sonra kömək üçün psixoloqa müraciət edib.

Xatırladaq ki, finalda hücumçu penaltilər seriyasından yararlana bilməmişdi.

M.Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində 15 oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.

Mənbə: Sport-express