Olimpiya Oyunlarının gümüş mükafatçısı qətldə ittiham olunur

00:00 14-01-2022 210

2012-ci il Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Suşil Kumar cinayət ittihamı ilə həbsxanada saxlanılır.

Hindistanlı güləşçi digər bir güləşçi Saqar Cankarın ölümü üzrə işdə ittiham olunur. Onun Cankarı qaçıran dəstənin lideri olması ehtimal olunur.

Qeyd olunur ki, S.Kumarın S.Cankarı öldürmək üçün bir sıra səbəbləri olub. Məsələn bunlardan ən barizi isə Ukrayna vətəndaşı xanımla formalaşmış məhəbbət üçbucağıdır.

Mənbə: Gazeta.ru