Pakistanda Mərkəzi Bank kriptovalyutaların qadağasını tövsiyə edir

03:00 15-01-2022 111

Pakistan Dövlət Bankı (SBP, Mərkəzi Bank) hökumətə ölkədə kriptovalyutaya və onun dövriyyəsi ilə bağlı fəaliyyətlərə tam qadağa tətbiq etməyi tövsiyə edir.

“Pakistanın valyuta ehtiyatlarının tükənməsi və xaricə vəsaitlərin nəzarətsiz köçürülməsi təhlükəsi səbəbindən kriptovalyutalardan istifadənin riskləri onların faydalarından qat-qat üstündür”, - deyə SBP-nin məlumatında bildirilir.

Mərkəzi Bankdan qeyd edilib ki, kriptovalyutanın qeyri-qanuni ticarətinin qarşısını almaq üçün onun Pakistanda istifadəsinə qadağa qoyulmalı və ölkədə “Binance” və “OctaFx” kriptovalyuta birjalarının əməliyyatlarını bloklamaq lazımdır.

Mənbə: The News International