İş adamı Emil Səməndərov: "Prezidentin Türkiyəyə səfəri əbədi qardaşlığımızı bir daha sübut etdi"

23:46 15-05-2022 2273

"Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyəyə növbəti səfəri ölkələrimizin eyni hədəflər, eyni amal uğrunda mübarizə apardığını bir daha sübut edir. 

Azərbaycan-Türkiyə  arasında münasibətlər ən yükək səviyyədədir və ölkələrimiz arasında bənzəri olmayan həmrəylik mövcuddur. Əminik ki, bundan sonra da belə davam edəcək.

Onu da bildirim ki, Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində beynəlxalq səviyyədə dövlətimizin artan nüfuzu, hələ işğal dövrlərində ərazi bütövlüyümüzü dəstəkləyən çoxsaylı beynəlxalq qətnamələrin qəbulu, müasir ordu quruculuğu, liberal iqtisadi siyasət, daxili ictimai-siyasi sabitlik və demoratik inkişaf 2020-ci ilin noyabrında 30 illik işğala son qoyulması möhtəşəm Qələbənin səbəbi oldu”.

Bunu 32gun.az-a Azərbaycanın tanınmış iş adamı Emil Səməndərov Prezidentin Türkiyəyə növbəti səfəri barədə danışarkən deyib. İş adamı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşməsi mühüm əhəmiyyətə malikdir:

“Prezident İlham Əliyevin də söylədiyi kimi, “Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi”.  

Bu fikirləri əsas gərirərək, Türkiyə Prezidentin Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərini, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsini, iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasını əsl dostluq, qardaşlıq nümunəsi olaraq göstərmək olar. 

Dəniz üzərində inşa edilən nəhəng layihə – Rize–Artvin Hava Limanının açılışında cənab İlham Əliyevin iştirakı da münasibətlərin daim ən yüksək səviyyədə olduğunu göstərir. 

Dövlət başçımızın da söylədiyi kimi, bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik. 

Ali Baş Komandan İlham Əliyevin Türkiyəyə səfəri və bu səfər çərçivəsində iki ölkənin qarşılıqlı maraqları çərçivəsində bütün məsələlərin müzakirə edilməsi hər iki ölkənin təhlükəsizliyi və gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar Azərbaycan və Türkiyə prezidentləri tərəfindən yazılan daha bir tarix, daha bir qardaşlıq və dostluq nümunəsidir.  Onlar bir daha sübut etdilər ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, daimidir və dönməzdir”.