Bala Heydərin hüquqi ünvanı DƏLƏDUZLUQDUR

12:40 23-07-2022 196

Görəsən O, nə vaxta qədər cəzasızlıq mühitində yaşayacaq?

Bala Heydərin çirkin, qanunazidd əməlləri ilə əlaqədar açılan rublikadan üzü bəri onu yaxından tanıyanlar, əməllərinə bələd olanlar, zərər vurduğu insanlar tərəfindən redaksiyamıza aramsız müəllifli yazılar, telefon zəngləri daxil olur, dərc etdiyimiz materiallar alqışlanır, dəyərli fikirlər səsləndirilir və şərhlər yazılır.

Fürsətdən istifadə edərək mövqelərini bildirən və saytımızı izləyən bütün oxuculara öz dərin təşəkkürümüzü bildiririk. Hazırda dövlət orqanlarının birində məsul vəzifə tutduğundan adının çəkilməsini istəməyən etibarlı mənbə bildirir ki, 2014-cü ildə Səhiyyə Nazirliyi "Atlas" klinikasını "baş alıb gedən özbaşınalıqlara" görə qapatmışdı.

"Həmin vaxtlar klinikada hüquqşünas işləyən Tofiq İsmayılovun ciddi səyləri sayəsində nazir Oqtay Şirəliyev klinikanın fəaliyyətini yenidən bərpa etdi. Lakin Tofiq İsmayıloy Bala Heydərdən "Sağ ol" eşitmək əvəzinə işini itirdi və 13 aylıq əmək haqqısını ala bilmədi. Hələ bu azmış kimi, Bala Heydər onu "Bizim yol" qəzetindəki müsahibəsində təhqir etməkdən də çəkinmədi".

Mənbə bildirir ki, Heydər Əliyev öz tabeliyində olan işçiləri aldadır, qara yaxır, hakim dairələrdəki nüfuzlu rəhbərlərin adından, nüfuzundan istifadə edərək insanları həbslə hədələyir: "Öldürtdürərəm, qanına batızdıraram", "qollarına qandal vurduraram", "cibindən narkotik vasitə, silah-sursat çıxartdıraram" tipli hədələr onun leksikonunun "bəzəyidir", təmiz, saf adamlara "narkoman", "qumarbaz" damğası vurmaqdan da çəkinmir.

Heydər Əliyev neçə illər öncə Xüsusi Dövlət Mühafizə xidmətinin rəisi Bəylər Eyyubovun adından istifadə edərək, ofisinə 4 nömrəli hökumət telefonu çəkdirib və bu telefon vasitəsilə nazirlərə, komitə sədrlərinə zənglər edir, lazım gələndə onlara hətta göstərişlər verməyə belə cəhd edir. Onun hökumət telefonundan qanunsuz istifadə etməsi barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə dəfələrlə məlumatlar ötürülsə də, heç bir tədbir görülmür".

Cənab Bəylər Eyyubovdan məsələnin araşdırılmasına və lazımi tədbir görülməsinə göstəriş verməsini xahiş edirik. Dələduzun hökumət telefonundan istifadə etməsi yolverilməzdir və heç bir hüquq normalarına sığa bilməz.

Uzun illər "Qorqud" holdinqdə çalışmış bir başqa mənbə isə bidirir ki, bir dəfə əməkhaqqı yubandığına görə Heydər Əliyevin qəbuluna gedib, neçə ayların yığılıb qalmış maaşını istəyib.

"Heydər ayağa qalxdı və başını divara, qapıya çırpmağa başladı, saçını yoldu, özünə xəsarət yetirmək istədi. Mən onda anladım ki, bu adam necə təhlükəlidir.

Onunla işləməyə dəyməz, ondan istəniİən çirkin əməli gözləmək mümkündür. Həmçinin, onun aktyorluq peşəsini seçməməsinə də çox heyfsləndim...”

Mənbə bildirir ki, Heydər Əliyev dövlətin vergisindən yayınmaq üçün tabeliyindəki personalı əmrsiz, müqaviləsiz işlədir, bilərəkdən klinikada çalışan həkimlərlə birgə tibb müqaviləsi imzalamır, onların əmək hüquqlarını tapdayır, ən sonda işçilərin aylarla yığılıb qalmış maaşlarını vermir.

Məsələn, "Atlas" klinikasının maliyyə direktoru işləmiş Həsənova Rahilə Qazıxan qızı neçə müddət 8 aylıq maaşını və bir ay müddətinə ona borc verdiyi 30.000 ABŞ dolları pulunu ala bilməyib. "Rahilə xanımın müraciəti əsasında əmək müfəttişliyi klinikanı 20.000 manat cərimə etmişdi. Lakin Heydər həmin cəriməni də verməyib. Bu siyahını 50-yə çatdırmaq olar...

Bala Heydər bir vaxtlar iddia edirdi ki, icarəsində olan "Şərq Bazarı"ında alış-verişin canlanması naminə bazarın qarşısından keçən avtobus marşrutlarının sayının artırılması üçün Nəqliyyat Departamentinin rəisi vəzifəsində işləmiş Zamin Məmmədova 40.000 manat rüşvət vermişdir.

Əsl həqiqətdə isə Heydər nə Zamin Məmmədovu tanıyır, nə "pul verdiyi" zamanı xatırlayır, nə də məkanı. Növbəti böhtandır.

Mənbə deyir ki, Sovetlər dövründə müxtəlif vəzifələrdə işləyən Heydər Əliyev, SSRİ-nin süqutundan sonra xalq hərəkatı baş qaldıranda AXC fəalı kimi cəbhəçi bəylərin önündə gedir, yüksək vəzifə gözləyirdi: "O, həmişə formaca iqtidar, məzmunca müxalifətçi olub. Heç çox da uzağa getməyək: Ölkə başçısının təşəbbüsü ilə "Sovetski" adlanan xarabazarlığı xatırladan yaşayış massivində ötən əsrlərdən qalan birmərtəbəli evlər sökülərək yerində ən müasir evlərin tikintisi və park salınması nəzərdə tutulurdu.

Adıçəkilən ərazidə mənzil sahiblərinin razılığı ilə bütün evləri sökmək mümkün olduğu halda, Bala Heydərə məxsus evi sökmək çox müşkül bir problemə çevrilmişdi. Ən sonda onun evi sökülən günü o, tabeliyində olan bütün işçiləri əraziyə cəlb edərək, polislə qarşıdurma yaratmışdır və ölkə başçısının ünvanına həqiqəti əks etdirməyən uydurmalar, əfsanələr səsləndirilmişdi. (Ünvan: Zülfü Adıgözəlov küçəsi 50)

Həmsöhbətimiz sonda üzünü Səhiyyə naziri cənab Teymur Musayevə tutaraq, soruşur:

"Hörmətli cənab Nazir, həqiqət naminə qeyd edilməlidir ki, hazırda istər Bakıda, istərsə də bölgələrdə ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş özəl səhiyyə müəssisələri insanların sağlamlığı keşiyində durur.

Lakin keçmiş Sovetlər dövründəki ucqar kənd xəstəxanalarını xatırladan, heç bir müasir tibb avadanlığı mövcud olmayan, fantastik qiymətləri ilə tanınan, qeyri-standart bazar kümbəzlərində fəaliyyət göstərən və bütün pasiyentləri qiymətinə və xidmətinə görə narazı salan "Atlas" klinikası barədə niyə ölçü götürmürsünüz? Axı Sizdə məlumatlar da var.

Əziz oxucular, görürsünüzmü Bala Heydərin nə qədər cinayət əməlləri var?

Gəlin Sizlərlə bərabər respublikanın Baş prokuroru cənab Kamran Əliyevdən ona iki ağır maddə ilə (qəsdən adamöldürmə və dələduzluq) cinayət işi başlanılmasına xüsusi göstəriş verməsini səmimi qəlbdən xahiş edək."

Yeri gəlmişkən hörmətli oxucuların nəzərinə çatdırırıq ki, qarşıdakı saylarımızda Bala Heydərin daha ciddi cinayət əməlləri barədə maraqlı yazılarımız dərc ediləcək.

Bizi izləyin!

Ruslan Əhmədov