“QONAĞIMIZ VAR” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ

20 fevral 2023-cü il tarixdə Beyləqan rayon Gənclər Evi SXM-nın təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru, hergun. az saytının rəhbəri, Sözlü sehrli dünya ədəbi məclisinin sədri, Azərbaycan Türk xalqları Qardaşlığı İctimai Birliyinin Beyləqan rayonu üzrə regional sədri Elman İsrafiloğlu ilə görüş keçirildi.
Tədbirdə ilk olaraq müəssisənin əməkdaşı Lalə Abbasova gələn qonaqları salamlayaraq belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb, sonra şair Elman İsrafiloğlunun ötən illərinə, fəal yaradıcılığına nəzər saldı. Qeyd edildi ki, şairin yaradıcılığında vətənpərvərlik, milli kökə, soya dərindən bağlılıq müxtəlif şəkillərdə təzahür edir.
Tədbir diskusiya şəklində dvam etdirildi və tədbir iştirakçıları şairə maraqlı suallar ünvanladılar.
Sonda şairin qələmə aldığı şeirlərdən ibarət kitab nümunələri müəssisənin kitabxanasına hədiyyə edildi.