Portmanatını götürmək üçün oğlunu təhlükəyə atdı: timsahlar olan volyerə girdi - VİDEO

04:00 23-07-2020 620

Əlindən düşən portmanatı götürmək üçün timsahlar olan volyerə girən qadın barədə video sosial şəbəkədə virus kimi yayılıb.

“Rare”in məlumatına görə, kadrlar ABŞ-ın Minnesota ştatının Breynerd şəhərində qeydə alınıb.

Videoda onun oğlunun da volyerdə olduğu görünür.

Safari-parkın rəhbərliyi bundan görüntülər sosial şəbəkədə yayıldıqdan sonra xəbər tutub. Onlar araşdırmalara başladıqlarını və qadını tapdıqdan sonra uşağı təhlükəyə atdığı üçün məsuliyyətə cəlb etmək niyyətində olduqlarını bildiriblər.