Şəhid Şahin Vaqif oğlu Hüseynlinin anadan olmasının dördüncü ildönümü qeyd olundu
04 may 2024-cü il tarixdə Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbdə vətən mühribəsi şəhidi Şahin Vaqif oğlu Hüseynlinin anadan olmasının dördüncü ildönümü qeyd olundu.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti başçısınn müavini Yeganə Məmmədova, Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Heybət Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev, qazi Orxan Səfərov, AYB,AJB-nin üzvü, “Quruluş ” qəzetinin təsisçisi və baş redaktoru , hergun.az saytının rəhbəri Elman İsrafiloğlu, şəhid ailələri, Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, AYB-nin üzvü Esmira Günəş, televiziya işçiləri və qonaqlar iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Torpaqlarımızın azadlığı uğurunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbin direktoru Tamella Quliyeva açıq elan etdi, qonaqları salamladı. Çıxış etmək üçün Beyləqan rayon İcra Hakimiyyəti başçısınn müavini Yeganə Məmmədovaya söz verdi.
Yeganə Məmmədova şıxış edərək 44 günlük vətən müharibəsindən əhatəli və geniş danışdı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığından bəhs etdi. Bildirdi ki, vətən müharibəsində şəhid və qazilərimiz də olmuşdur. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. 44 günlük Vətən müharibəsində Şəhid olan qəhrəman döyüşçülərimizdən biri də şəhidi Şahin Vaqif oğlu Hüseynlidir. Bu gün biz Şahin Hüseynlinin döğum günü ilə bağlı buraya toplaşmışıq. Y.Məmmədova döyüşlərin qələbəmizlə başa çatmasından söz açdı.
Tədbirdə çıxış edən Elman İsrafiloğlu “Zəfərin mübarək Azərbaycanım ” şerini söylədi. Şəhidlərə Uca Tanrıdan rəhmət, qazilərimizə şəfa dilədi.Çıxış edənlərdən Rövşən Namazəliyev, Heybət Əliyev, şəhid Şahin Hüseynlinin ibtidai sinif müəllimi Nailə müəllim, riyaziyyat müəllimi Azad Quliyev çııxış etdilər. Çıxış edənlr şəhid Şahin Hüseynli haqqda xatirələrini danışdılar. Şəhidimizin əmisi şair-publisist Tahir Hüseyn Şahin Hüseynliyə həsr etdiyi şeirini oxudu.
Şəhid Hüseynli Şahin Vaqif oğlu, 04 may 1995-ci ildə Beyləqan şəhərində anadan olub.Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbi bitirib.2020-ci il sentyabr ayının 27-də Qarabağın düşmənlərdən azad edilməsi uğurunda gedən Vətən müharibəsində qəhrəmacasına həlak olub, şəhidlik zirvəsinə ucalıb. Tankçı idi. Subay idi.
Məktəbin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş olundu. Sonra Məktəbin şagirdləri şəhidimizə, şəhidlərə, vətənə həsr olunmuş şeirlər söylədilər. Şəhid anası Tərgül ana və şəhidimizin qardaşı Babək Hüseynli tədbirin təşkil olunmasında zəhməti olanlara,Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbin direktoru Tamella Quliyevaya minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda Tərgül ana ilə və şəhid anaları ilə xatirə şəkilləri çəkdirildi.