Tural Gəncəliyev: “Beynəlxalq təşkilatlar Xocalı soyqırımına və 31 Mart soyqırımına siyasi qiymət verib”

12:20 29-03-2021 454

“Beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına və 31 Mart - Azərbaycanlıların soyqırımına siyasi qiymət verilib”.

“Report”un xəbərinə görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev “Müharibə və soyqırım cinayətləri beynəlxalq hüquq kontekstində” adlı dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan dövləti və onun başında durmuş Sarqsyan, Köçəryanın əlləri azərbaycanlı şəxslərin qanına batıb.