20 partiya gəlir və xərci barədə hesabat verdi

17:40 31-03-2021 506

Dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 20-si 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

HerGun.Az-ın xəbərinə görə, bununla bağlı MSK-nın saytında yerləşdirilən məlumatda bildirilir.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Bu prosesə 2015-ci ildən başlanılıb.

MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. 

Aqşin Kərimov