Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri Ağdama səfər edəcək

11:20 11-04-2021 311

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunacaq.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, nümayəndə heyətləri Ağdamda erməni  vandalizminin nəticələrini bilavasitə öz gözləri ilə görəcəklər: “Daha sonra Gəncə şəhərinə səfər edəcəyik. Nümayəndə heyətləri Ermənistanın Vətən müharibəsi dövründə Gəncə şərinə ballistik raketlərlə zərbə endirməsi nəticəsində mülki insanların ölümü və dağıntılara səbəb olmuş reallıqları yerində görəcəklər”.