Ronaldudan emosional paylaşım - FOTO

07:00 17-06-2021 432

Portuqaliya millisinin 36 yaşlı hücumçusu Kriştianu Ronaldu Macarıstan üzərində qələbədən sonra “Instagram” hesabında emosional post paylaşıb:

“Siz əziyyət çəkib, sona qədər mübarizə aparmaq və hər zaman var gücünüzlə inanmağı bacarmalısınız. Əvvəlcədən qalib olduğunuz zəif rəqib və ya oyun yoxdur. Avropa çempionatı ən yaxşıların olduğu və hər bir qələbənin qərarlılıqla qazanıldığı yerdir. Komanda üçün böyük qələbədir! Biz hədəfimizə doğru gedirik! Bizi bu qədər dəstəkləyən portuqaliyalıların daha çox sevinməsi üçün hər şeyi edirik”, - deyə Ronaldu bildirib.