Azərbaycanlı futbolçu Polşada kubok qalibi oldu: Mükafatlandırılmaya bayrağımızla qatıldı - FOTO + VİDEO

18:00 17-06-2021 440

Azərbaycanlı futbolçu Fuad Bayramov Polşada region kubokunun qalibi olub.

HerGun.Az-ın xəbərinə görə, onun çıxış etdiyi KSZO klubu kubokun finalında “Çarni” komandası ilə qarşılaşıb.

KSZO-nun 4:3 qalib gəldiyi görüşdə Fuad 20-ci dəqiqədə möhtəşəm qola imza atıb. Bayramovun cərimə meydançasının kənarından vurduğu zərbə "doqquzluğ"a gedib. Bu onun Polşada yeddinci qolu olub.

Fuad Bayramov kubokun mükafatlandırılma mərasiminə Azərbaycan bayrağı ilə çıxıb.

Səbuhi Musayev